Bayraq dirəyinin sökülməsinə aydınlıq gətirib

Bayraq meydanında bayraq dirəyinin sökülməsi küləyə davamlılıqda nöqsanların üzə çıxması ilə bağlı olub.

XALQ,AZ xəbər verir ki, bunu baş nazirin müavini Abid Şərifov bildirib.

“Yəqin ki, bayraq dirəyi zavodda hazırlanarkən küləyə davamlılıqla bağlı müəyyən nöqsana yol verilib”, – deyən vitse-premyer bildirib ki, buna görə də xarici ekspertlər dəvət olunub və bayraq dirəyi sökülüb:

“Bu məsələ ilə başqaları məşğul olduğundan sonrakı məsələlər barədə məlumatsızam”, – deyə o, qeyd edib.

 

Elgün