“Beşbarmaq” piri yanır

5-1

Beşbarmaq dağının yamacında yerləşən “Xıdır Zində piri”ndə yanğın baş verib.

XALQ.AZ xəbər verir ki, bu gün saat 15:30 radələrində Siyəzən rayonunda, Beşbarmaq dağının yamacında yerləşən “Xıdır Zində piri”ndə yanğın olub. Yanğının nədən baş verməsi məlum olmasada, ehtimal olunur ki, yanğın ziyarətə gələnlər tərəfindən törədilib.

Ziyarətə gedənlərin iddialarına görə bu yanğın vəhabi təriqətindən olanlar tərəfindən törədilib.

Qeyd edək ki, hər gün yüzlərlə adam Siyəzən rayonunda, Beşbarmaq dağının yamacında yerləşən “Xıdır Zində piri”ni ziyarətə gəlir.

Araşdırmalar davam edir, ətraflı məlumat veriləcək…