Beyləqanda 3,7 milyon manatlıq biznes

57

Vaqif Abdullayevin məktəb və uşaq bağçası tikintisi üçün ayrılmış pulların yarısını mənimsədiyi deyilir

 

Adı bir sıra qalmaqallarda hallanan Beyləqanın icra başçısı Vaqif Abdullayevin daha bir əməlinin üstü açılmaq üzrədir. Xalq.azxəbər verir ki, icra başçısının üzəçıxan əməli isə bir neçə işüçün dövlət büdcəsindən ayrılmış vəsaiti təyinatıüzrə xərcləməməsi və ondan şəxsi maraqlarıüçün istifadə etməsidir. Məlumatda deyilir ki, ötən il Beyləqan rayonuna büdcədən bir neçə layihənin reallaşmasıüçün 3,7 milyon manatdan artıq pul ayrılıb. Həmin pulların 2653750 manatı Beyləqan şəhər 2 nömrəli 1176 şagird yerlik tam orta məktəbin əsaslı təmir işlərinin satın alınmasıüçün nəzərdə tutulub. “Perlit” MMC şirkəti vasitəsi ilə həyata keçirilən layihəyə sərf olunan məbləğlə ayrılmış pul arasında isə kəskin fərqlərin olduğu deyilir. İddia edilir ki, icra başçısı  pulun yarısınıözünə götürüb. Digər yarısı ilə isə məktəb tikintisini həyata keçirməyəçalışır.

 

Vaqif Abdullayevin rəhbəri olduğu rayona ayrılmış pulun 925416,92 manatı isə uşaq bağçasının tikinti işlərinin satın alınmasıüçün nəzərdə tutulub. Xalq.aza verilən məlumata görə, Gəncəşəhərində yerləşən “Perlit” MMC şirkətinə həvalə olunmuş layihə də bərbad şəkildə həyata keçirilir. Səbəb isə ayrılmış vəsaitin 1/3-nin icra başçısı tərəfindən mənimsənildiyi deyilir.

 

Beyləqanın icra başçısının bir başqa yüz minlik layihəsi isə məktəblərin tikintisi və bərpa-gücləndirməüzrə layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması ilə bağlıdır. “Layihəçi-M.A” MMC şirkətinə həvalə edilmiş layihəüçün isə 130000 manat xərcləndiyi iddia olunur. Halbuki bu rəqəmin heç 50 min manat təşkil etmədiyi deyilir.

 

Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq