Beyləqanda təşviş

Beyleqan

Bu gecə Beyləqanda təbiət insanları təşvişə salıb. XALQ.AZ-ın məlumatına görə, gecə 00:30-da qəfil külək əsməyə başlayıb. Daha sonra külək güclənib. Bir neçə saatdan sonra güclü yağış yağıb.

Yağan leysan evlərin həyətlərinə, yolları basıb. Əsən külək 10-dan çox ağacı kökündən çıxarıb. Bəzi evlərin dam örtüyünə ziyan dəyib.

Bundan başqa, aşan ağaclar elektrik xətlərinin üstünə düşdüyündən rayona verilən elektrik enerjisi kəsilib. Bununla da, rayonun əksər kəndləri və mərkəz gecəni işıqsız keçirib.