Beynəlxalq bankın filiallarına cinayət işi açıldı

bank1

Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Beynəlxalq Bankının 5 fililalı ilə bağlı cinayət işi başlanıb.

XALQ.AZ xəbər verir ki, bunu Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinin rəisi Kamran Əliyev 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin filiallar Qazax, Şəki və digər filiallardır.

K.Əliyev bildirib ki, ötən il ən çox şikayət bank sektoru ilə bağlı olub: “Banklarla bağlı 52 cinayət işi istintaq olunub, məhkəməyə göndərilib. Sığorta şirkətlərinin rəhbərləri ilə bağlı 5 cinayət işinin istintaqı aparılıb”.