Biləsuvar rayonunda təbliğat-təşviqat kampaniyası uğurla davam edir

 

05

 

Biləsuvar rayonunda prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir.Kampaniya çərçivəsində rayonun Ovçubərə və Ağayrı kəndlərində seçicilərlə görüş keçirilib.Görüşü YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev açaraq ölkə Prezidenti cənab İlham Əliyevin son 10 ildə həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdən söhbət açıb.Tədbirdə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mürtəzə Həsənov və professor Fikrət Cahangirov iştirak ediblər.