Mikayıl Cabbarovdan 5 oktyabr tapşırığı

06

 

“Məktəblərin neqativ halların qarşısının alınması üçün nazirlik tərəfindən hər hansısa bir bayramdan və ya tarixdən asılı olmayaraq tapşırıq verilib”. SİA-nın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov 5 oktyabr – Müəllimlər günü ilə əlaqədar məktəblərdə baş verən neqativ halların qarşısının alınması məsələsinə münasibət bildirərkən deyib.O qeyd edib ki, təhsil müəssisələrində neqativ halların qarşısının alınması üçün hər zaman verilən tapşırıqlar var: “Nazirlik fəaliyyətini hər hansı bir tarixlə əlaqələndirməyə çalışmır. Bu sahədə həyata keçirilən işlər davamlıdır”.