Biləsuvar şəhidləri anıldı

İyun ayının 24-də YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov, partiya fəalları, Şəhid valideyinləri və ictimaiyyət nümayəndələri Vətənimizin müdafiəsi uğrunda öz canlarından keçən, rayonun Günəşli kəndindən olan şəhid Abdullazadə Teymur Faiq oğlunun və Əsgərabad kəndindən olan şəhid Bayramov Elmin Elməddin oğlunun doğum günləri münasibəti ilə ailələrini ziyarət ediblər. Görüşdə şəhidlərimizin şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmalarından bəhs edilib və şəhid ailələrinin qayğıları ilə maraqlanılıb. Daha sonra kənd qəbirstanlıqılarında şəhidlərin məzarlarıı ziyarət olunub və ruhlarına dualar oxunub. Şəhid valideynləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Abdullazadə Teymur Faiq oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü “ və “Suqovuşanın azad olunmasına görə” medalları ilə, şəhid Bayramov Elmin Elməddin oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü “ və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif ediliblər.

Allah rəhmət eləsin!

Biləsuvarda şəhidlərinin doğum günlərində xatirələri anılıb FOTOLAR