Deputat: “Azərbaycan döyüş meydanında əldə etdiyi qələbəni diplomatik müstəvidə də davam etdirir”

44 günlük Vətən müharibəsindən sonra bölgədə baş verən proseslər Azərbaycanın müəyyən etdiyi gündəliyə və yeni yaratdığı reallıqlara uyğun baş verir.

Bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, Vətən müharibəsindən sonra keçirilən üçtərəfli görüşlər, o cümlədən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüşlər xalqımızın milli maraqlarına və Azərbaycanın müəyyən etdiyi sülh gündəliyinə uyğun nəticələrlə başa çatıb.

“Azərbaycan müharibədən sonra qarşıya qoyduğu məqsədlərə nail olmaqdadır və döyüş meydanında əldə etdiyi qələbəni diplomatik müstəvidə də davam etdirir. İşğaldan azad edilmiş ərazilərdə sürətlə bərpa olunur, keçmiş məcburi köçkünlər mərhələlərlə öz doğma torpaqlarını geri qaytarılır, Azərbaycanın müəyyən etdiyi sülh gündəliyi beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilir. Üçtərəfli görüşlər nəticəsində qəbul ediən bəyanatlar da bunu göstərir.

Azərbaycanın bu uğurlarını gözü götürməyən qüvvələr də var. Onlar müxtəlif çorkin kampaniyalar vasitəsilə ölkəmizin iradəsinə təsir göstərməyə çalışırlar. Lakin onların bu cəhtləri hər zamanı kimi nəticəsiz qalır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı da bu məsələyə toxunaraq Ermənistana və onun havadarlarına önəmli mesajlarını çatdırdı. Cənab Prezident qeyd etdi ki, “Bu gün bizə qarşı aparılan çirkin kampaniyanın heç bir əhəmiyyəti yoxdur və olmayacaq. Bizim iradəmizə heç kim təsir edə bilməz. Əgər Vətən müharibəsi dövründə bizim iradəmizə heç kim təsir edə bilmədisə, bu gün təbii ki, heç kim təsir edə bilməz”.

Ermənistan və onun havadarları bu mesajdan nəticə çıxarmalı və öz çirkin kampaniyalarına son qoymalıdır”, – deyə deputat əlavə edib.