Biləsuvarlılar İlham Əliyevlə irəli deyirlər

10

 

Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq Biləsuvar rayonunun Yuxarı Ağalı kəndində seçicilərlə görüş keçirildi.

Seçicilərlə görüşü YAP Biləsuvar rayon təşkilatının aparat rəhəbri Əjdər Əliyev açaraq son 10 il ərzində Respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatlardan söhbət açdı. Görüşdə kənd sakinlərindən təqaüdçü Meşəbəyi Hüseynov, torpaq mülkiyyəyçisi Xanağa Nəcədov, kənd məktəbinin müəllimi Laçın Aslanova çıxış edərək onların bir namizədi olduğunu və onu da prezidentliyə namizəd, Heydər Əliyev siyasətini layiqincə davam etdirən cənab İlham Əliyev olduğunu bildirdilər.