Binəqədi çirkab sularına qərq olub

Su

Su həyat mənbəyidir deyiblər, ancaq bu dəfə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində evlər çirkab sularının mənbəyinə çevrildi. 31/26 da yaşayan 6 nəfər ailə üzvü gecədən mənbəyi bilinməyən çirkab və qrunt sularının basqınına məruz qalıb. Get-gedə artan su mənzilin otaqlarına daxil olub. Çarəsiz qalan ailə səhər açılar-açılmaz suyu müxtəlif vasitələrlə boşaltmağa çalışıb, ancaq suyun həcmi azalmayıb. Digər bir ünvanda isə su evin demək olar ki, bünövrəsini əhatə etmişdi. Sakinlər deyr ki, bu hal artıq üç gündür ki, vüsət alıb.

Az sonra əraziyə Binəqədi rayon Sukanal İdarəsinin əməkdşları gəldi, ərziyə baxış keçirilid. Suyun mənbəyi məlum olmasa da məlum olan o oldu ki, evlərə axan sular çirkab və qurunt sularıdır. Ancaq suyun mənbəyi isə araşdırılır.

Qurumun rəisi Əhliman Mansurov bildirdi ki, ərazidən iki böyük su borusu keçir və həmin borularla paytaxtın bir sıra yerləri içməli su ilə təmin edilir. Həmin borularınn keçdiyi bu yerlər yaşayış yeri arasında 10 metr mühafizə zolağı olmalıdır. Bu olmadığından gələcəkdə burda yaşayanlar təhlükə altındadır.

Bütün bunlardan başqa əraziyə Bakı Sukanla İdarəsinin əməkdaşları cəlb olundu və bildirdilər ki, problemi aradan qaldırmaq bir qədər zaman alacaq. Səbəb isə yol ensizliyi və dəmiryol xətinin əraziyə yaxınlığıdır.

Bir az keçdi ki hadisə yerinə Binəqədi Rayon İcra Hakimiyyətinin qəsəbə nümayəndəliyi gəldi. Ancaq evlərin məhz magistral su borularının üzərində tikilməsinin nə dərəcə doğru olub-olmağını nümayəndədən öyrənmək istəyirdik ki, qəsəbə nümayəndəsi Mübariz Məmmədov ərazini dəhal tərk etdi.

Bütün bunlara baxmayaraq ərazidə axtarış işləri davm etdirilirdi. Suyun dəqiq mənbəyi tapılna qədər ərazidə müvəqqəti su verilişinin qarşısı alınıb.