Bin Ladenin kürəkəninə ömürlük həbs cəzası

Bin

“Əl-Qaidə” terror təşkilatının öldürülmüş lideri Bin Ladenin kürəkəni Əbu Qeys Əl-Qaidə ömürlük həbs cəzası verilib.

XALQ.AZ-ın məlumatına görə, ABŞ-ın Nyu York məhkəməsi onu 2001-ci ildə ABŞ-a qarşı 3 min insanın ölümü ilə nəticələnən terror hücumlarından sonra Əl-Qaidə terror şəbəkəsinin sözçüsü roluna görə ömürlük həbs cəzasına məhkum edib.

Məhkəmədə 48 yaşlı Süleyman Əbu Qeys peşmanlıq hissi keçirmədiyini deyib.

Əbu Qeys Əl-Qaidənin amerikalıları öldürmək kimi məqsədini həyata keçirmək üçün hər bir şeyi etməyə hazır olduğuna inanır.

Hökmün çıxarılmasından öncə ərəb dilində danışan Əbu Qeys Allahdan başqa heç kəsdən mərhəmət gözləmədiyini deyib. O deyib ki, onu məhkum etməklə hakim “yüzlərlə gənc müsəlmanın əl-qolunu açır”.

Əbu Qeys amerikalıları qətlə yetirmək və terrorçulara dəstək verməkdə günahkar tanınıb.

Prokurorlar Əbu Qeysin Bin Ladenin 11 sentyabr terror hücumlarına bənzər hücumların həyata keçirilməsi üçün Əl-Qaidə sıralarına davamçıların cəlb edilməsi haqda müraciətini həyata keçirdiyini bildiriblər.

Məhkəmədə iştirak edən hakimlər 2001-ci ildə sentyabrın 12-də Bin Ladenilə birlikdə əyləşərək bir gün öncə baş vermiş terror hücumlarına bəraət qazandırdığını göstərən videoya tamaşa edib.

Əbu Qeys Əfqanıstan müharibəsində həbs olunan bir çoxlarının əksinə hərbi məhkəmədə deyil, Federal Məhkəmədə mühakimə edilir.

Xatırladaq ki, Süleyman Əbu Qeys “Əl-Qaidə”nin sözçüsü olub. 2013-cü ilin 7 mart tarixində İordaniyanın paytaxtı Əmmanda yaxalanıb.