Bir ailənin ikinci şəhidi (FOTO)

E-1

Dünən şəhid olan zabitimiz, leytenant Allahverdi Baxışlı Әbülfәz oğlu dəfn edildi.

XALQ.AZ-ın məlumatına görə, şəhid doğulduğu Hacıqabul rayonunda torpağa tapşırıldı.

Erməni silahlı bölmələrinin atəşkəs rejimini növbəti dəfə pozması nəticəsində dünyasını dəyişən 23 yaşlı şəhidimizin atası Əbülfəz Baxışlı 20 il əvvəl birinci Qarabağ müharibəsində şəhid olub. Allahverdi evin tәk oğlu idi. Anası vә bacısından ibarət olan ailə başsız qaldı.

Allahverdi Baxışlı Әbülfәz oğlu Cəmşid Naxçıvanski adına hərbi liseyin və Heydər Əliyev adına Azərbaycan ali hərbi məktəbin məzunudur.

Xatırladaq ki, sentyabrın 27-də saat 10.25 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq mövqelərimizi atəşə tutublar.

Düşmən tərəfindən atılan atəşdən Silahlı Qüvvələrimizin 1991-ci ildə Hacıqabul rayonunda anadan olan zabiti, leytenant Baxışlı Allahverdi Əbülfəz oğlu döyüş postunda şəhid olub.

Allah rəhmət eləsin!

E-2

E-3