Bir dəfəyə 8 “qanuni oğru” tutuldu

666

Moskva polisi axşam saatlarında şəhərdəki restoranların birində “qanuni oğru”ların yığıncağını dayandırıb.

Xalq.az-ın məlumatına görə, bu barədə aprelin 2-də axşam saatlarında Rusiya Daxili İşlər Nazirliyinin baş istintaq axtarış idarəsinin mətbuat xidməti məlumat yayıb.

Əməliyyat tədbirləri zamanı polis səkkiz “qanuni oğrunu” həbs edib. “Aparılmış əməliyyatın gedişində 30 adam tutulub”,- deyə məlumatda bildirilir.

Hazırda tutulanların Rusiya ərazisində olmasının qanuniliyi yoxlanılır. “Əməliyyat üçün maraqlı olan bütün şəxslər polis şöbəsinə aparılacaq”,- deyə mətbuat xidməti vurğulayır.