“Bir həftədir gecələr yuxuya həsrət qalmışıq…”

“Hazırda Əhmədlidə (Bakı kinoteatrının yaxınlığı) Qaçaq Nəbi küçəsində, 95 nömrəli məktəbin yanında dağıtma işləri gedir”. Bunu öz paylaşımında tanınmış jurnalist Rasim İsmayılov qeyd edib.
Narazılığını daha da sərt ifadələrlə bildirən jurnalist daha sonra belə deyib:
“Bir həftədir gecələr yuxuya həsrət qalmışıq. Pəncərəni açan kimi ekskovator elə bil evin içində işləyir.
Zatən bütün həyəti hasara alıblar. Bu cəhənnəm heç olmasa bunu gündüz sökün da.
Rəsmi qurumların adını yazmıram. Çünki bu boyda özbaşınalığı görmürlərsə mənim “həştəq”imi görəcəklər?
Topraq doydursun gözünüzü…”
Ümid ediik ki, rəsmi qurumlar, xüsusən də Xətai rayon icra hakimiyyəti vətəndaş gileyini nəzərə alacaq.
Məsələ ilə bağlı olaraq əlaqədar qurum və şəxsləri dinləməyə hazırıq…