Bir milyon yarım işçi müqaviləsiz çalışır

 

552

 

2014-cü il avqustun 1-nə olan rəqəmə görə, Azərbaycanda muzdla işləyənlərin sayı 1 milyon 511 min 300 nəfərdir”. Bunu Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildiriblər.

Dövlət Əmək Müfəttişliyinin rəis müavini Məhərrəm Məhərov isə açıqlamasında qeyd edib ki, ölkədə əmək müqaviləsi olmadan işçi çalışdırmanın əsas sahələri tikinti, ticarət və topdansatış, ictimai iaşə sahələridir.

“Azərbaycanda 400 mindən artıq işəgötürən var. Onların hamısına nəzarət edə bilmirik. Ona görə də qeyri-rəsmi çalışanların statistikasını deyə bilmərik. Amma belə hallar aşkarlayan kimi müvafiq tədbirlər görürük. İşəgötürən həmin dəqiqə cərimələnir. Ondan qeyri-qanuni çalışdırığı işçi ilə əmək müqaviləsinin bağlanması tələb olunur. Bu ilin hazırki dövrünə qədər qanunsuz işçi çalışdıran obyektlər ümumilikdə 3 milyon manata yaxın cərimə edilib. Bu rəqəmdən 1 milyon 300 mini ödənib”.

M.Məhərovun sözlərinə görə, cərimələrin məbləği işəgötürənin kimliyindən asılıdır:

“İşəgötürən fiziki şəxsdirsə 5000 manata qədər, müəssisədirsə 25000 manata qədər cərimə olunur. Eyni şəxs və ya müəssisə belə halları təkrarlamağa davam etsə və 10 nəfərdən artıq qeyri-qanuni işçi çalışdırlsa onun barəsində cinayət işi açılır. Artıq bu işə məhkəmələr baxır”.