“Bir vedrə buz” aksiyasının təsisçisi vəfat etdi

ALS

Son günlər dünya ilə yanaşı Azərbaycanda da yayılan “Ice Bucket Challenge” yani “Bir vedrə buz” adlanan, amma əslində ALS xəstəliyindən əziyyət çəkən insanlar üçün yaradılmış xeyriyyə kampaniyasının təsisçisi vəfat edib.

XALQ.AZ-ın məlumatına görə, çətin günlərini yaşayan xəstələrin müalicəsi üçün pul yığmaq niyyətində olan 27 yaşlı Korey Griffin faciəvi çimərlik qəzasında həyatını itirib. Koreyin yaxın dostu ALS-ə yoluxduqdan sonra o kampaniyaya başlamışdı. Nantuçketdə istirahət edən Griffin qaldığı iki mərtəbəli evin damına çıxaraq oradan dənizə tullanıb və bir daha çıxmayıb. Dostları bundan xəbər tutduğunda o artıq həyatda olmayıb.

Qeyd edək ki, “Bir vedrə buz” kampaniyasının şərtləri belədir ki, kömək etmək istəyən insan bir vedrə buzlu suyu başına tökməlidir. Bunu etməkdən imtina edən şəxs 100 dollar cərimə ödəyir. Bu günə qədər dünyanın bir çox məşhurları xəstələrə kömək etmək üçün bu aksiyada iştirak ediblər. Onların sırasında ABŞ-in keçmiş prezidenti Corc Buş, azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarov, Cenifer Lopez, Castin Biber, Selena Qomez, facebook-un yaradıcısı Mark, Bill Geyts, Hülya Avşar və bir çox məşhur futbolçular iştirak ediblər.