Xətai rayonunun sakinləri gecəni küçədə keçirdi

Agac

Xətai rayonunda ağacın aşaraq evin üzərinə düşməsi sakinləri təşvişə salıb.

XALQ.AZ-ın məlumatına görə, gecə saatlarında paytaxtın Xətai rayonu Mədinə Gülgün küçəsində iri gövdəli ağac aşaraq yaşayış evinin damı üzərinə düşüb. Nəticədə xəsarət alan olmasada ev sahibi və qonşular küçədə gecələməyə məcbur olub. Ancaq ağacın digər bir hissəsi isə küçədən keçənlər üçün demək olarki əsil təhlükə mənbəyinə çevrilib. Ağac evin üzərinə aşmaqla bərabər açıq elektrik naqilini və qaz borusuunu da yararsız hala salıb. Məhz buna görədə küçədə yaşayanlar təşviş içərisində idi. Yuxusuz qalan sakinlər hətta aidiyyatı qurumlarada müraciət edib. Ancaq gecə saatlarında heç bir qurum sakinlərlə müsbət cavab verməyib.

Sakinlər bildirdi ki bu ağac əvvəllərdə təhüləkəli vəziyyətdə olub. Hətta onun budaqları qırılaraq evlərin dam örtüyünün üzərinə düşüb. Əlacsız qalan bu sakinlər problem aradan qalxmayınca küçədə qalacaqlarını bildirdi. Elə çəkiliş vaxtı bizdə Yaşıllaşdırma və Bitkilərin Mühafizə İdaərsi ilə əlaqə saxlamağa çalışdıq ancaq bizə cavab verən olmadı. İndi iş qalır aidiyyatı qurumların üzərinə.