Biskvitin içindən tiryək çıxdı

11

3 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

XALQ.AZ-ın Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan Şakir Umbatova qardaşı Tofiq Hümbətovun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman “Biskvit” kətələrinin içərisindən sellofan paketə bükülmüş xalis çəkisi 1.962 qram olan narkotik vasitə “Tiryək”, 78 (yetmiş səkkiz) ədəd “Tramadol” həbləri, 2 (iki) ədəd “Nokia” markalı mobil telefon aparatları və 1 (bir) ədəd mobil telefon aparatı üçün nəzərdə tutulmuş elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Məhkum Şakir Teymur oğlu Umbatov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən həbs edilib.

Fakt üzrə araşdırma aparılır.