Xəstə jurnalistə xoş xəbər

Xestexana

Hepatit B virusundan əziyyət çəkən azərbaycanlı jurnalist dövlət hesabına müalicə alacaq. XALQ.AZ-ın məlumatına görə, “İnterAz” telekanalının əməkdaşı Nizami Eyvazovun müalicəsi və əməliyyatı dövlət hesabına həyata keçirilməsi barədə səhiyyə naziri Oqtay Şirəliyev göstəriş verib.

Jurnalist Mərkəzi Neftçilər Xəstəxanasındadır və əməliyyata hazırlıq başlayıb. Onun donoru da artıq bəllidir.

Nizami Eyvazovun müalicəsi və əməliyyatı ilə bağlı jurnalistlər millət vəkili Qənirə Paşayeva müraciət ediblər. Deputat da öz növbəsində nazirə müraciət edib.

Qeyd edək ki, “Hepatit-B” virusuna yoluxan Nizami Eyvazov qaraciyər serrozundan əziyyət çəkir. Həftəsonu jurnalistlər ona dəstək məqsədilə Bakının mərkəzində aksiya keçiriblər. Jurnalistin müalicəsi üçün 55 min manat vəsait tələb edilirdi.