“Biz də gücsüzük” Səttar Mehbalıyev

 

 

17

Son günlər Bakıda və Abşeron yarımadasında dözülməz istilər davam edir. Sinoptiklərin məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturu gündüz + 34-38, bəzi yerlərdə +40 dərəcədir. Gecələr isə bürkülü havalar olur. İsti havalar rayonlarda da davam edir. Hətta düzənlik rayonlarda “civə sütutnu” + 43 dərəcəni göstərir. Əmək Məcəlləsinə görə 41 dərəcə istidə açıq havada iş prosesi dayandırılır. Məsələyə aydınlıq gətirmək üçün  işçilərin hüquqlarını qoruyan Həmkarlar Konfederasiyasının rəhbəri, Milli Məclisin üzvü Səttar Mehbalıyevlə əlaqə saxlayıb və o, bildirib ki: “ Həqiqətən də 41 dərəcə istidə açıq yerlərdə iş dayandırılır. İş ancaq qapalı yerlərdə davam etdirilə bilər, amma işiçlərə sərinləşdirici içki vermək şərtilə”. Müxbirimizin “Ancaq reallıqda vəziyyət belə deyil” iradına Səttar müəllim belə münasibət bildirdi : “Əlbəttə, elə deyil, ancaq bu məsələdə biz də gücsüzük”

Qafqaznews.org