Türkiyədən Almaniyaya sərt mesaj

52

 
Türkiyə ilə Almaniya arasında yaşanan dinləmə skandalı rəsmi müstəvidə davam edir.

Türkiyənin Xarici İşlər Nazirliyi məsələyə reaksiya verərək rəsmi Berlindən izahat tələb edib.

Xarici işlər naziri Əhməd Davudoğlu Almaniyanın Türkiyəni dinləməsi olayına münasibət bildirərək Merkel hakimiyyətini cavab verməyə çağırıb.

Davudoğlu həmçinin bu məsələ ilə bağlı bu axşam Almaniyanın xarici işlər naziri ilə telefon əlaqəsi saxlayacağını vurğulayıb.

“Beynəlxalq əlaqələrdə, xüsusilə müttəfiq ölkələr arasında diqqət ediləsi bəzi mühüm məsələlər var. Bu iddiaların doğru olması təsdiqlənərsə qarşı tərəf buna cavab verməli olacaq. Bu məsələyə ən qısa zamanda aydınlıq gətirmək istəyirik. Bir az əvvəl yeni seçilmiş prezidentimizə bu barədə məlumat vermişik”.