“Biz yalnız Yanukoviçi tanıyırıq”

Sedr

Krım Muxtar Respublikasının yeni baş naziri Sergey Aksyonov bəyan edib ki, bölgə yalnız Viktor Yanukoviçin prezidentliyini tanıyır və yalnız ona tabe olacaq.

Xalq.az-ın məlumatına görə, baş nazir bildirib ki, regiondakı gərginliyi yalnız Rusiya sabitlləşdirə bilər.

“Çətin günümüzdə Rusiya bizə əl uzatdı. Bu gün rəsmi Moskva regionun maliyyə vəziyyətini yaxşılaşdıra bilər. Əminik ki, qardaşlarımızla birlikdə xalqımız bu bölgənin sahibi olacaq. Rusiya maliyyə yardımı edəcəyinə söz verib. Hesab edirik ki, cənab Yanukoviç hələ də ölkənin başçısıdır”, deyə S.Aksyonov bildirib.
Qeyd edək ki, bu gün Krım Muxtar Respublikası Ali Şurasının deputatları Sergey Aksyonovu Nazirlər Şurasının sədri seçib.