Bölgələrdə Xocalı soyqırımı tədbirləri keçirilib

98

 

 

26 fevral Xocalı soyqırımı regionlarda silsilə tədbirlər keçirilib. Belə ki, Lənkəran,  Biləsuvar, Neftçala, Ağdaş, Astara, Lerik, Cəlilabad, Salyan rayonlarında  Xocalı soyqırımı ilə bağlı təsdiq olunan  tədbirlər planına uyğun olaraq  bir sıra silsilə tədbirlər həyata keçirilib.

Xalq.az  xəbər verir ki,  Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib.Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətlərinin  başçıları , hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat əməkdaşları, veteranlar, ağsaqqallar, ziyalılar, gənclər, məktəblilər, Xocalıdan olan məcburi köçkünlər və rayon sakinləri 26 fevral soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə təzə tər gül dəstələri düzmüş, soyqırımı qurbanlarının ruhuna dualar oxuyublar.