BMT-nin 77-ci sessiyasının sədri məlum oldu

BMT Baş Assambleyasının 77-ci sessiyasının yeni sədri macar diplomat Çaba Kyoryoşi seçilib.

Xalq.az TASS-a istinadən xəbər verir ki, o, 77-ci sessiya çərçivəsində Ukraynada baş verənləri və nizamlanma perspektivlərini yaxından izləyəcəyini deyib.

Kyoryoşi qeyd edib ki, “BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində vəziyyətin inkişafını çox yaxından izləyəcək” və münaqişədən sonra “sülh, barışıq və yenidənqurma”ya nail olmaq üçün “səbirsizliklə gözləyir”.

Kyoryoşi əvvəllər BMT Baş Assambleyasının sessiyasının sədr müavini (2011-2012) vəzifəsində çalışıb, dünya təşkilatında səfir olub, Liviyada, Birləşmiş Ərəb Əmirliklərində diplomatik nümayəndəliklərdə çalışıb. O, israil, yunan. rus, ingilis, ərəb və fransız dillərini bilir.