İkinci Dünya Müharibəsində batırılan ispan gəmisi 80 il sonra tapıldı – Foto

İkinci Dünya Müharibəsində suda batırılan İspaniyanın “San İsidro Labrador” buxar gəmisi 80 ildən sonra Yunanıstanın “Kythnos” adası yaxınlığında yaxşı vəziyyətdə tapılıb.

Xalq.az  xarici KİV-ə istinadən xəbər verir ki, Afrikanın şimalına silah daşımaq üçün nasist Almaniyasının Nəqliyyat Nazirliyi tərəfindən icarəyə götürülən gəmi 1943-cü il aprelin 4-də Yunanıstanın “Katsonis” sualtı qayığı tərəfindən torpedo ilə atəşə tutulduqdan sonra batıb.