Bölgənin göz bəbəyi Xaçmaz

X-11

Xaçmaz rayonu tamamilə dəyişib, gözəlləşib və inkişaf edir Son illər ölkənin əksər rayonlarının sürətlə inkişaf etdiyi və abadlaşdığını görmək mümkündür. Bu sırada aparıcı yerlərdən birini Xaçmaz tutur. Qeyd edək ki, Xaçmaz son bir neçə ildə tikinti meydançasına çevrilib. Hər tərəfdən tikinti, abadlıq və quruculuq işlərinin aparılması isə camaatın ürəyincədir. Bundan əlavə rayonda sosial problemlərin həlli, işsizliyin aradan qaldırılması və digər bu kimi hallara da xüsusi diqqət yetirilir və önəm verilir. Bildirək ki, faktiki vəziyyətin yaranmasının başlıca səbəbkarı rayonun icra başçısı Çəmsəddin Xanbabayevin gərgin əməyinin nəticəsidir. Belə ki, Çəmsəddin Xanbabayev Xaçmaza rəhbər təyin olunan ilk gündən qollarını çırmayaraq, harada problem varsa, onun aradan qaldırılmasına başlayıb. Qısa müddətdə şəhərin görkəminin dəyişdirilməsi, yeni parkaların salınması, küçələrin genişləndirilməsi və abadlaşmasını təmin edən icra başçısı, bununla kifayətlənmək fikrində deyil. Çünki Xaçmazda görüləcək işlər çoxdur. Həm də Xaçmaz üçün görüləcək işlər həddindən artıq çoxdur. Şəmsəddin Xanbabayevin əhaliylə xoş münasibəti, onların şikayətlərini dinləmək üçün həmişə can atması, onların ehtiramını saxlaması, problemlərini həll etmək üçün lazım olan bütün addımları atması hamı tərəfindən təqdir olunur, alqışlanır. Elə rayon sakinləri də yaranmış vəziyyətdən məmnundurlar. Onlar deyirlər ki, Xaçmazın, indiki gözəlliyi, turizm zonası olması ilə bütün dünyada tanınır. Onların sözlərinə görə, indi Xaçmaz, demək olar ki, hər bir guşəsi öz simasını dəyişir. Dövlət proqramına uygün olaraq bu şəhərin tanınmaz dərəcədə dəyişəcəyinə əsla şübhə etmirlər. Qeyd edək ki, Şəmsəddin Xanbabayev 2004-cü ildən icra başçısı fəaliyyəti dövründən bütün dövlət əhəmiyyətli binalar istifadəyə verilib. Bütün parklar yenidən qurulub. Bütün yollar təmir olunub.Sonda onu da bildirək ki, hal hazırda Xaçmazda yeni layihələrin reallaşdırılmasına, böyük işlərin görülməsinə, yeni-yeni abadlıq və quruculuq işlərinin həyata keçirilməsinə start verilib. Şəmsəddin Xanababayevin rəhbərliyi altında keçirilən bu işlərin yaxın aylarda özünün bəhrəsini verəcəyi isə şübhə doğurmur.

X-11

X-2

X-3

X-1

X-4

 

X-7

X-8

X-9

xacmaz