Lənkəranda bir nəfər dənizdə batdı

Deniz-1

Lənkəranda bir nəfər dənizdə boğulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə ötən gün baş verib.

Belə ki, Lənkəran rayonu Sütəmurdov kəndinin ərazisində Masallı rayon sakini Elşən Abdullayev dənizdə çimərkən suda boğulub.

Onun meyiti xilasedicilər tərəfindən sudan çıxarılaraq ailəsinə təhvil verilib