Bolqarıstan Türkiyə ilə sərhədi bağladı

33

 

Bolqarıstan-Türkiyə sərhəddində 3 metr hündürlüyündə tikanlı məftillər quraşdırılır

Bolqar hərbçilər Bolqarıstan-Türkiyə sərhədindəki Yelxovo və Yambol əyalətlərində hündürlüyü 3 metr, uzunluğu 33 kilometr olan tikanlı məftillər quraşdırmağa başlayıb.

Bu sədd qanunsuz mühacirlərin Bolqarıstana keçidinin qarşısını alacaq. Lakin bu maneə Bolqarıstan büdcəsinə 2,5 milyon avroya başa gələcək.

Müdafiə naziri Anqel Naydenov bu məsələylə bağlı təşkil etdiyi xüsusi mətbuat konfransında bildirib ki, hökumətin belə addım atmasına səbəb Afrika və Yaxın Şərqdən olan çağırılmamış qonaqların həmin məntəqələrdən qanunsuz yolla Bolqarıstana axın etməsidir. Tikinti işlərinin gələn ilin fevralına tamamlanması nəzərdə tutulur.