Brüsseldə üçtərəfli görüş olacaq

İyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Aİ Şurasının Prezidenti Şarl Mişelin üçtərəfli görüşü keçiriləcək.

XALQ.AZ  xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

O qeyd edib ki, artıq iştirakını təsdiqləyib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan liderləri sonuncu dəfə mayın 25-də Moskvada görüşüblər.