“Bu bizim üçün əhəmiyyətli məsələlərdən biridir” Vahid Əhmədov

“Rəqabət Məcəlləsinin qəbul edilməsində elə bir problem olmalı deyil. Bu Məcəllənin icra mexanizminin həyata keçirilməsi üçün rəqabət orqanının funksiyası və vəzifələri qeyd olundu. Bu bizim üçün əhəmiyyətli məsələlərdən biridir”.

 

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Rəqabət Məcəlləsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

 

“Bu, çox ciddi Məcəllədir və bir sıra insanların həyatına, onların biznesinə təsir edəcək. Təklif edərdim  ki, Mikayıl müəllim rəqabət orqanı ilə əlaəqdar məsələni dövlət başçısı ilə müzakirə etsin. Söhbət elə bir sahibkarlara gəlib çatacaq ki, orada müəyyən dəyişikliklər etmək lazım olacaq. Açıq danışmaq lazım gələrsə, bu, müəyyən oliqarxların fəaliyyətinə təsir edə bilər. Rəqabət orqanının işləməsi bizim üçün çox vacibdir. Həmin orqanın işləməsindən Məcəllənin və ölkə iqtisadiyyatının taleyi həll olunacaq. Rəqbət komissiyanın tərkibi dövlət başçısı səviyyəsində təsdiq olunsun. Bununla bağlı digər ölkələrin faəliyyət formalarına baxmışam. Qeyd edim ki, çoxunun səlahiyyəti Baş nazirə, prezidentə tabedir. Ona görə də buna baxılması yaxşı olar”,- deyə o bildirib.