Deputat təklif verdi

“Rəqabət Məcələsinin qəbul edilməsi bağlı fərqli fikirlər var. Demək istəyirəm ki, qanunda nəyisə dəyişiklik lazım olarsa, biz buna yenidən baxa bilərik”.

 

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Rəqabət Məcəlləsinin  müzakirəsi zamanı deputat Rüfət Quliyev deyib.

 

“Mən təklif edirəm ki, gəlin, birinci Rəqabət Məcələsinin qəbul edək. Çünki bu, nə konstitusiya qanunudur, nə də quran ayəsidir. Sonra lazım olanda bəzi dəyişikliklər olacaq. Yəni, həyat bunu göstərəcək. Digər məsələ odur ki, bəzi ekspertlər, hətta deputatlar təklif edirlər ki, inflyasiyanı cilvolamaq üçün biz dövlətin gücündən və məmurların qüdrətindən istifadə edək, qoymayaq qiymətlər artsın. Mən bunu dəfələrə tənqid etmişəm. Dövlət yalnız və yalnız istehlak səbətində olan bəzi malların qiymətini tənzimləyə bilər, qalan məsələlərə toxunmamalıdır. İqtisadiyyat nazirindən xahiş edirəm ki, bu söz-söhbətlərin kökünü kəsməliyik. Heç kim gedib hansısa hotelə və ya pitixanaya qiymət göstərişi verməməlidir”,- deyə o bildirib.