“Bu cəhdlər nəticə verməyəcək” – Elman Nəsirov

“Ermənistanın və onun ən yaxın havadarı olan Fransanın Laçın yolu ilə bağlı siyasi şousu davam etməkdədir”.

Bunu  Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Nəsirov bildirib.

O qeyd edib ki, indi də Fransadakı erməni təşkilatları ittifaqının xahişilə Paris şəhər meri Fransanın regional icmalarına müraciət edərək onlara Qarabağa humanitar yük karvanını göndəriləvəyilə bağlı məlumat verib: “Bu addımı atmaqla da beynəlxalq ictimaiyyətin gözünə kül üfürürlər. Qarabağda yaşayan ermənilərin humanitar böhranla üz-üzə qalması barədə rəy yaratmaq istəyirlər. Guya vəziyyət o qədər çətinləşib ki, hətta Fransa minlərlə kilometr məsafədən humanitar yardımı Qarabağda yaşayan ermənilərə göndərib. Bu siyasi şoudur”.

Deputat Fransa Prezidenti Makronun Azərbaycanın dövlət başçısı İlham Əliyevə zəngini xatırladıb: “Makron zəng edərək Laçın yolundakı vəziyyətdən narahat olduğunu bildirib. Azərbaycan prezidenti də ona cavab verib ki, Qarabağda humanitar böhran yoxdur və Ağdam-Xankəndi yolu ərzaq məhsullarının daşınması üzü razılaşdırılıb. Ermənistan sonra bu razılaşmadan imtina etdi. Azərbaycanın prinsipial mövqeyi ondan ibarətdir ki, Ağdam-Xankəndi yolu ilə yanaşı Laçın yolundan da istifadə etmək mümkündür. Amma Fransa ermənipərəsət xislətini növbəti dəfə göstərir. Rəsmi Paris Qarabağda humanitar problemin olmadığını bilirlər. Fransa Azərbaycana qarşı beynəlxalq təzyiqi formalaşdırmağa və beynəlxalq ictimaiyyəti aldatmağa cəhd edir. Amma bu cəhdlər nəticə verməyəcək. Çünki Azərbaycanın işi haqq işidir”.