Bu evlər 2 manata satışa çıxarıldı

İtaliyada koronavirus pandemiyasının böyük ziyan vurduğu daşınmaz əmlak bazarını canlandırmaq üçün maraqlı qərar verilib.

XALQ.AZ BAKUTIME.AZ istinadən xəbər verir ki, Abruzzo bölgəsində yerləşən İtalyan Pratola-Peligna kommunası, evlərin bir avroya satışa çıxarılıb.

Qəsəbənin canlandırılması ilə bağlı bu plan həyata keçirilir. Bu qərarı şəhər rəhbərliyi verib.

Evləri almaq istəyən şəxslərə yalnız bir tələb irəli sürülür. Belə ki, onlar alınan evi 3 il ərzində təmir etdirməlidir.

Xatırladaq ki,ötən ildə də tərk edilmiş evlər 1 avroya satışa çıxarılmışdı.