Bu gecə Neftçilər prospektindən keçməyin

Az neft

Paytaxtın mərkəzində, daha dəqiq Neftçilər prospektində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Xalq.az-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, təmir işləri ilə əlaqədar bu gün saat 22:00-dan etibarən Neftçilər prospektində (Azneft dairəsindən “Dalğa Plaza”ya qədər), Nizami Gəncəvi və Ələddin Quliyev küçələrində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

“Azəryolservis” ASC-in apardığı təmir işləri yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsindən ibarətdir.