Bu gün Azərbaycan mediası çox böyük işlər görür

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə “IV Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Forumun ikinci günü Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin çıxışı ilə başlayıb. Şuşa Qlobal Media Forumunda çıxış edən Hikmət Hacıyev bildirib ki, Forumun Şuşa şəhərində keçirilməsi və məhz bu günə təsadüf etməsi təsadüfi deyil: “Bu gün Azərbaycanda milli media günü qeyd edilir”. O, Azərbaycan mediasının tarixi barədə də danışaraq qeyd edib ki, ictimai siyasi fikrin, Azərbaycan xalqının amallarının formalaşmasında “Əkinçi”nin vacib rolu olub. Hikmət Hacıyev müharibə və münaqişədən sonrakı dövrdə jurnalistlərin üzləşdiyi təhlükələri də vurğulayıb. O bildirib ki, birinci Qarabağ müharibəsi zamanı beynəlxalq mediada Azərbaycanın üzləşdiyi faciələrə çox az yer verilib: “Şuşa şəhərinin işğalı barədə xəbərlər yox idi. Avropa qitəsində ən böyük qətliam baş vermişdi – Xocalıda baş verənlər barədə o zaman beynəlxlaq mediada çox az informasiya getmişdi”, – deyə Hikmət Hacıyev əlavə edib. Daha sonra Forum panel sessiyalar və paralel tədbirlərlə davam edib. Qeyd edək ki, Forumun əsas məqsədi yeni media mühitində müşahidə edilən tendensiyaların geniş spektrdan təhlili, media sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və təkmilləşdirilməsi, bu sahədə aparıcı trendlərin izlənilməsi, innovativ təkamülün yaradıcı sənayelər üçün yaratdığı imkanların tətbiq mexanizmlərinin araşdırılmasıdır.
İ.Əliyev Türkiyə və Azərbaycan xalqları arasında əlaqələrin çoxillik dostluq və qardaşlıq zəminində qurulduğunu, iki ölkənin bu zəmin üzərində inkişaf etdiyini, bir-birini dəstəklədiyini bildirib. 2-ci Qarabağ müharibəsinin ilk saatlarından türk xalqının və dövlətinin Azərbaycanla çiyin-çiyinə olduğunu vurğulayan Əliyev sözlərini belə davam etdirdi: Prezident Ərdoğan müharibənin ilk saatlarında “Azərbaycan tək deyil” dedi. Onun bu açıqlaması bizim üçün böyük dəstək oldu.44 günlük müharibədə qardaşlarımızın mənəvi dəstəyini hiss etdik.Ərdoğan bir neçə dəfə Türkiyənin mövqeyini açıq şəkildə ifadə etdi.Digər dövlət rəsmiləri də məsələ ilə bağlı fikirlərini bildirdilər.Bu, bizim üçün böyük siyasi və mənəvi dəstək oldu.
Dünyada və regionda vəziyyətin dəyişdiyinə diqqət çəkən İ.Əliyev “Cənubi Qafqazda vəziyyəti sabitləşdirməliyik. Davamlı sülhə nail olmalıyıq. Gələcək üçün təhlükəsizlik təmin edilməlidir. Türkiyənin həm qlobal məsələlərdə, həm də bölgəmizdəki rolu çox önəmlidir. Türkiyə sabitləşdirici rol oynayır. Türkiyənin siyasəti regional sabitliyi və təhlükəsizliyi təmin etməkdir və Azərbaycan bu siyasəti yüksək qiymətləndirir” dedi. dedi. Ərdoğanın Azərbaycana, özünün isə Türkiyəyə səfərlərindən danışan Əliyev, “Bütün məsələləri açıqlamaq istəmirəm, amma Azərbaycan və Türkiyə qarşıdakı illərdə təkcə regionda deyil, qlobal miqyasda daha mühüm rol oynayacaq” deyib. ifadələrdən istifadə etmişdir.

Nəsimi Rayon İctimai Şuranın üzvü Mirhaşim Calalov