Azərbaycan Ermənistan münasibətlərinin tənzimlənməsi Cənubi Qafqazda vəziyyətin sağlamlaşdırılmasıdır.

Bütün dünyaya məlum faktdır ki İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin zəfər qələbəsi ilə başa çatdı.Bu qələbədən sonra Azərbaycan Türkiyə heç kim tərəfindən qəbul edilməyən münasibətlərini rəsmiləşdirdi.Məşhur Şuşa Bəyyanaməsinin imzalanması bizim müttəfiqliyimizi bir daha təsdiqlədi.Bu hər iki dövlətin xalqları üçün çox böyük sərvət oldu.Bu Bəyyannamə qarşımızda siyasət,enerji,ticarət və nəqliyyat,müdafiə sənayesi və s geniş perspektiv açacaq.
Ölkə prezidentimizin 21 iyul 2023-cü il tarixdə”Dördüncü Sənaye İnqlabı dövründə Yeni Media”mövzusunda Şuşa Qlobal Media Formunun açılış mərasimində bu mövzularla bağlı geniş çıxışı oldu.O çıxış edərək bildirdi ki,Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır.Eyni zamanda Şuşa bizim Qələbəmizin rəmzidir.Eləcə də regionda sülhün,cəsarətimizin rəmzidir.Hər birimizə məlumdur ki Türkiyə prezidenti Rəcəb Taib Ərdoğanın Qarabağ müharibəsinin ilk saatlarında verdiyi”Azərbaycan yalnız deyil”bəyanatı Azərbaycan dövləti üçün çox böyük dəstək idi.Bu mənəvi dəstəyi və köməyi 44 gün ərzində qardaşlarımızdan gördük.Bu iki ölkə arasında mövcud qardaşlıqla əlaqələri regional inkişaf və sabitlik baxımından çox mühim amildir.Çünki bu münasibətlər bu xalqlar arasında uzunmüddətli dostluq,qardaşlıq əlaqaləri üzərində qurulmuşdur.
Ölkə rəhbərimiz 44 günlük Qarabağ müharibəsindən sonra ki vəziyyətdən danışırdı.O qeyd etdi ki”Torpaqlarımız azad olandan sonra həm daxildən,həm xaricdən heç bir təhlükə görmürəm.Ölkə sabitdir,cəmiyyətdə həmrəkliyin səviyyəsi yüksəkdir.Ancaq bunlara baxmayaraq biz keçmişimizi unutmamalıyıq.Biz onu da unutmamalıyıq ki bu gün Ermənistan cəmiyyətində müəyyən insanlar var ki arzu və xülyalar yaşayırlar.Hər an mənfur xain qonşularımızın xəyanətinə rast gələ bilərik.Çünki bu gün də Qarabağda beynəlxalq hüquq normaları kobud şəkildə erməni işğalçıları tərəfindən pozulur.Hələ onu da qeyd edim ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə Ermənistan tərəfi riayət etmir.O qətnaməyə görə onlar Azərbaycanın ərazisindən qeyri-şərtsiz çıxmalı idilər.Bu özbaşınalıq indi də davam etməkdədir.Ötən ilin fevralında imzalanan Bəyannamə Rusiya dövləti və Azərbaycan arasındakı münasibətlərin inkişafında mühim bir mərhələ idi.Bu həm Rusiya həm də Azərbaycan dövlətləri üçün uğurlu olub”.
Son zamanlarda bu da sirr deyil ki, Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə sürətlə inkişaf edib.Covid-19 pandemiyası zamanı dünya ictimaiyyətinə Azərbaycan liderlik nümayiş etdirdi.Azərbaycanın təşəbbüsü ilə hərəkat ölkələrində məlumat bazası yaradılıb.Bu bazada Ümumdunya Səhiyyə Təşkilatı da istifadə edib.İkinci Qarabağ müharibəsi başa çatandan üç ilə yaxın müddət keçib.Biz bir çox bəyanatlar eşidirik ki, Qarabağ Azərbaycanın ərazisidir.Belə düşünürəm ki bu otuz il ərzində belə bəyanatlar olsaydı,çox güman ki,ikinci Qarabağ müharibəsi başlamazdı.Bu qədər soydaşımızda şəhid olmazdılar.Hal hazırda mövcud vəziyyətə baxanda üç beynəlxalq tərəf var ki, bu sülh prosesinə dəstək olurlar.Bunlar ABŞ,Rusiya və Avropa İttifaqıdır.Artıq ermənilərdə qəbul ediblərki Qarabağ Azərbaycanındır.Bunu onlar açıq şəkildə bəyan ediblər.Artıq onlar sənədlərə imza atmalıdırlar.
Bu gün Azərbaycan mediası çox böyük işlər görür.Azərbaycan reallıqları haqqında məlumatları dünya ictimaiyyətinə çatdırmaq üçün birinci vasitəmiz media olmuşdur.Biz öz həqiqətlərimizi bütün dünyaya sübut etməliyik.Bizə qarşı bu gün yenə də kampaniya davam edir.Bizim Qələbəmizi həzm edə bilməyənlərə biz layiqli cavab verməliyik.Hazırda bir sıra beynəlxalq təşkilatlar bizə yardım etməyə çalışırlar.Onlar da artıq başa düşürlər ki bu məsələlərin həlli beynəlxalq hüquqa əsaslanmalıdır.İndi Azərbaycan Avropaya əhəmiyyətli qaz tədarükçüsünə çevrilmişdir.Avropa Komissiyasının Prezidenti Azərbaycanı etibarlı tərəfdaş adlandırır.Ölkəmiz ciddi tədbirlər həyata keçirir.Bununda ən vacibi işğal altında olan torpaqların minalardan təmizlənməsidir.Minatəmizlənmə prosesi ən böyük əngəldir.Çünki müharibə bitəndən sonra o minalar 300-dən çox insanın həyatına son qoyub.
Həm Qarabağ, həm də Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti illər ərzində 150 mindən çox insan öz dədə-baba yurduna qayıdacaqdır.
Azərbaycan öz hərbi üstünlüyünü hər zaman nümayiş etdirib.Fərrux əməliyyatı,habelə nəzarət-buraxılış məntəqəsinin açılışı üstün olmağımızın sübutudur.Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin qoyulması mühim mərhələ idi.Bu da işimizin gedişini əhəmiyyətli dərəcədə dəyişdi.Azərbaycan çoxmillətli bir dövlətdir.Burada yaşayan bütün etnik qruplar eyni hüquqa malik vətəndaşlardır.Ermənilər Azərbaycan ərazisində uzun müddətdir ki yaşayırlar.Onların kütləvi surətdə Qarabağa köçü XX əsrin birinci yarısında başlamışdır.Bunu təsdiqləyən sənədlər var.Ermənilər Qarabağ torpağına qonaq kimi gəlmişdilər.Azərbaycan və Ermənistan dövləti arasında münasibətlərin tənzimlənməsi Cənubi Qafqazda ümumi vəziyyəti sağlamlaşdıracaqdır.Qarabağda yaşayan erməni azlığının hüquq və təhlükəsizliyin Konstitusiyamız çərçivəsində həll ediləcəkdir.

Gülnarə Hacıyeva— Nəsimi rayon İctimai Şuranın katibi