“Bu gün də Ermənistan və Özbəkistan arasında diplomatik əlaqələr yoxdur” – Deputat

“Özbəkistan Respublikası prezidenti cənab Şavkat Mirziyoyevin növbəti dəfə prezident seçildikdən sonra ilk rəsmi dövlət səfərini Azərbaycana etməsi ölkələrimiz arasındakı münasibətin yüksək səviyyədə olmasından xəbər verir”. Bu sözləri millət vəkili Musa Quliyev deyib.
Onun sözlərinə görə, Özbəkistan-Azərbaycan münasibətləri dərin tarixi köklərə malikdir: “Müstəqillik əld etdikdən sonra isə bu münasibətlərin yenidən formalaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin böyük zəhmət və əməyi olub.

Özbəkistan bütün platformalarda hər zaman Azərbaycanı dəstəkləyən böyük türk dövlətidir. Eyni zamanda Azərbaycan da bütün platformalarda hər zaman Özbəkistana dəstək olub.

Təsadüfi deyil ki, Ermənistanın ölkəmizə qarşı olan işğalçılıq siyasəti ilə Özbəkistan heç zaman barışmamış, Ermənistanla heç bir diplomatil əla qurmamışdır. Bu gün də Ermənistan və Özbəkistan arasında diplomatik əlaqələr yoxdur.

Hər iki ölkə başçısının münasibətlərin inkişafındakı rolu böyükdür. Baş tutan səfər də münasibətlərin daha böyük müstəviyə daşınmasına səbəb oldu. Özbəkistanın mədəniyyət günləri Azərbaycanda yüksək şəkildə keçirildi. Azərbaycan-Özbəkistan əlaqələrində hər zaman humanitar və mədəni faktorlar öndə olub.

Özbəkistan prezidenti Azərbaycana səfəri zamanı cənab Prezidentlə birgə Şuşaya getmiş, yenidənqurma və bərpa işləri ilə yaxından tanış olmuşdur.

Səfər zamanı verilən bəyanatlar, aparılan danışıqlar iki ölkə arasındakı münasibətlərin inkişafına öz töhvəsini verəcək. Bu baxımdan da səfər böyük tarixi əhəmiyyət daşıyır”.