“Üzünüzdən nur yağır”

Dünən “Azəriqaz” İB-in direktoru Ruslan Əliyev sosial şəbəkələrdə canlı açaraq insanlardan gələn mesajları oxumağa çalışıb. Paylaşım mənim də qabağıma çıxdı və müraciətlərin motivləri maraqlı gəldi deyə girib rəylərə baxdım. Günorta saat 3-də SOCAR-ın və “Azəriqaz”ın süpürgəçisindən tutmuş rəisinə qədər böyük əksəriyyətin işini buraxıb rəisə “balet” etdiyini kimlə desəniz mərcə girərəm. Konkret camaata imkan verməyiblər ki, dərdini desin. O qədər “uğur” arzulayıblar ki, rəisə ömrünün sonuna qədər bəs edər. Elə bil yay-qış “Azəriqaz” deyib dad eləyən abonentlərə bunlar yox, nənəm xidmət edir. “Uğuru” hansı günlərinə paylaşırlar, bilən yoxdur. Saytda bir şikayət işıqlandıranda altında ən azı 7-8 narazı abonent od püskürür, direktorlu-rəisli birinin də tükü tərpənmir. (https://konkret.az/azeriqaz-in-saygac-emeliyyati-abonentlere-elave-odenisler-niye-yuklenir-muraciet/), (https://konkret.az/azeriqaz-la-bagli-sok-sikayet-resmiler-niye-susur-fotofakt/)

Amma direktorlarının “nur üzünə” aşiqliklərini publik izhar etməkdən belə utanmırlar.

Gör ölkənin əsas kommunal xidmət sektoru kimlərin əlindədir. Atalar yaxşı deyib, “utan utanmazdan, qorx qorxmazdan”. İndi bunların yerinə utanmayasan, neyləyəsən?!