Bu gün külək azalacaq

Hava

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağış yağacağı, gecə saatlarında şimşək çaxacağı ehtimal olunur. Ötən gündən davam edən güclü şimal-qərb küləyinin gündüz müləyimləşəcəyi gözlənilir. Havanın temperaturu gecə 18-20, gündüz 20-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fasilələrlə leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi ehtimal olunur. Qərb küləyinin gecə güclənəcəyi, gündüz mülayimləşəcəyi gözlənilir. Havanın temperaturu gecə 15-20, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 8-13 dərəcə isti olacaq.