Kerri və Lavrov görüşdü

Kerri

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri Nyu Yorkda BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində danışıqlar aparıb.

XALQ.AZ-ın məlumatına görə, çərşənbə günü baş tutan ikitərəfli görüşdə Ukraynadakı vəziyyət, Minskdə separatçılarla Kiyev arasında əldə olunan razılaşmanın bütün yönləri ilə tam şəkildə və qısa bir müddət ərzində yerinə yetirilməsinin vacibliyi müzakirə edilib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerrinin fikrincə, Minsk atəşkəs razılaşmasının 12 maddəsinin də yerinə yetiriləcəyi halda bölgədə sülh və əminamanlıq əldə edilə bilər.

Bundan başqa, tərəflər bütün dünyanın danışdığı İŞİD terror qruplaşmasına qarşı mübarizə üsulunu və İranla “altılıq” ölkələri arasında danışıqları müzakirə ediblər.