Bu il qeydiyyata alınan ilk uşağın adı məlum oldu

Bu ilin ilk günlərində doğulan uşaqlardan birinin adı rəsmi qeydiyyata düşüb.

XALQ.AZ-ın məlumatına görə, Ədliyyə Nazirliyinin rəsmi saytında qeydiyyata alınan ilk uşağın adı Cəlal olub.

Qeyd edək ki, Azərbaycanda 2020-ci ilin ilk körpəsi dörd nömrəli doğum evində anadan olub.  1 yanvar saat 00:48-də Ucar rayon Qazıqumlaq kənd sakini Rəşidə Qarayeva qız uşağı dünyaya gətirib.

Onun çəkisi 2,7 kq, boyu 50 sm-dir.

XALQ.AZ