” Ermənilərin vandallığı ilə dağıdılan rayonlarımız bərpa olunur” Deputat

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Laçında Şəhər Günü ilə bağlı bayram tədbirlərində iştirak etməsi xüsusilə əlamətdardır. Dövlətimizin başçısı bayram münasibətilə xalqımızı, laçınlıları təbrik etdi, eləcə də regiondakı vəziyyətlə bağlı ciddi mesajlar verdi. Ötən ilin 26 avqustunda Azərbaycanın Müzəffər Ordusunun Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətə götürülməsi ilə bağlı Ali Baş Komandan, Prezident İlham Əliyevin müjdəsini bütün xalqımız sevinc və qürur hissi ilə qarşıladı. Bununla da, laçınlıların, zabuxluların yurd həsrətinə son qoyuldu. Prezidentin dediyi kimi, cəmi 8 ay ərzində Laçın şəhərinə əhalinin qayıdışı təmin olundu. 28 May Müstəqillik Günündə Prezident tərəfindən Laçına ilk köçənlərə evlərin açarları təqdim edildi. Bu ilin sonuna qədər isə 900 ailə üçün evlər hazır olacaq”.

Bunu   Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib: “Azərbaycan beynəlxalq hüquq və öz suveren hüquqları çərçivəsində bütün addımları atır. Heç kim dövlətimizin iradəsinə təsir edə bilməz, biz haqq yoluhdayıq və bizi kimsə yolumuzdan döndərə bilməz. 30 ildən sonra Laçın şəhərinin işğaldan azad olunması Azərbaycanın müasir tarixinin ən strateji hadisələrindən hesab edilir. İqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdən olan Laçın şəhəri hər zaman regionun vacib yaşayış məntəqəsi kimi qəbul edilib. Təbii ehtiyatları ilə fərqlənən rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq idi. Meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu. Laçın rayonunun zəngin təbii ehtiyatları – civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları var. Rayonun dağıdılan iqtisadiyyatının bərpası və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası imkan verəcək ki, həm Laçının potensialı artsın, həm də rayon tam olaraq bərpa edilsin. İnanırıq ki, məskunlaşma, yəni Böyük Qayıdış prosesi ilə pararlel olaraq Laçının inkişafını da qısa müddətdə müşahidə edə biləcəyik”.