Prezident Vaqif Mustafayevlə bağlı Sərəncam imzaladı

Prezident İlham Əliyev kinorejissor, Xalq artisti Vaqif Mustafayevlə bağlı Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vaqif Behbud oğlu Mustafayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, bu gün V. Mustafayevin 70 yaşı tamam olur.