Bu məktəblərin direktoru yoxdur

“Azərbaycanda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin təxminən 1/6-də direktor yoxdur. Misal olaraq, təmsil etdiyim Salyan rayonunda 20 məktəbdə direktor yoxdur”.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin mayın 12-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, “Təhsil haqqında” və “Elm haqqında” qanunlara ciddi dəyişikliklərin edilməsinə ehtiyac var: “Çünki bu sahədə bir sıra boşluqlar var və mövcud problemlər aradan qaldırılmalıdır”.