Bu ölkə də avroya keçdiyini elan etdi

Xorvatiya gələn ildən avroya keçəcək.

Xalq.az bildirir ki, bu barədə ölkənin baş bankiri açıqlama verib.

Tezliklə Şengen zonasına daxil olacaq bu Avropa ölkəsinin avroya keçidi məntiqli addımdır, çünki artıq avrozonanın vahid valyutası bütün bank depozitlərinin yarısını və bütün kreditlərin 60%-ni təşkil edir.

FT-nin məlumatına görə, bu, avrozonadan kənar hər hansı bir ölkədəkindən çoxdur.

Bundan əlavə, nəşrin rəyçilərinin fikrincə, bu, Avropa birliyi üçün simvolik stimul olacaq, çünki Rusiya Ukraynaya qarşı müharibəsi ilə onu pozmağa çalışır. Bu, avrozonada etimad səsverməsidir və Xorvatiya avro qalxanından mütləq faydalanacaq”. Bizimxeber.az bildirir ki, bu barədə “Eurobank”ın rəhbəri Kristin Laqard bildirib.

Ekspertlərin fikrincə, avroya keçid və Xorvatiya kunasından imtina ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək, çünki 4 milyon əhalisi olan ölkədə vahid valyuta zonasının olması onu xarici ölkə üçün cəlbedici edəcək.