Bu ölkəyə vizasız gediləcək

Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılıb.
XALQ.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu imzalayıb.
Sənəd 2024-cü il martın 1-də Bakı şəhərində imzalanıb.
Prezident “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə də Fərman imzalayıb.
Saziş qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Albaniya Respublikası Nazirlər Şurasına bildiriş göndərməlidir.
Sənəd 2024-cü il martın 1-də Bakı şəhərində imzalanıb.