“Bu, qarşımızda dayanan digər məsələlərin həlli üçün əhəmiyyətlidir” – Deputat

“İyulun 11-də Prezidentin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirildi. Azərbaycan Prezdenti ölkəmizin bundan sonrakı strateji inkişafını müəyyən etdi. Belə bir sual ortaya çıxır ki, bu inkişafı təmin etmək üçün ölkənin iqtisadi potensialı varmı? Bəli. Prezident bildirdi ki, 6 ay yekularına görə qeyri neft sənayesində  qiymətdə 6.5 %- lik artım qeydə alınıb”.  Bu sözləri Milli Məclisin bugünkü növbədənkənar iclasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, müstəqillik əldə etdikdən bu yana ilk dəfə dövlət büdcəmiz 36 milyard manata gəlib çatıb: “Strateji hədəfimiz o idi ki, xarici borcumuz Ümumi Daxili Məhsulun 10%-ni təşkil etsin. Bu həyata keçdi. Bu, qarşımızda dayanan digər məsələlərin həlli üçün əhəmiyyətlidir”.