“Məhz Ulu Öndər öz gücü hesabına ölkəsini inkişaf etdirən böyük lider idi” – Bəhruz Quliyev

“Ulu Öndər sadə ailədən çıxmış, iti zəkası, yaxşı natiqlik qabiliyyəti olan, çətin məqamlarda operativ qərarlar verən, jestləri ilə belə qarşısındakını başa salan böyük bir lider idi”.  Bu sözləri “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün”nə həsr edilmiş tədbirdə SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev deyib.

Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin həyat kitabının bir hissəsidir: “Məhz Ümummilli Lider SSRİ dövründə Azərbaycanı ən irəlidə gedən respublikalar sırasına gətirdi. Yeni kadrların yetişdirilməsi və müxtəlif sahələrin inkişafı istiqamətində böyük işlər gördü. Heydər Əliyevin sayəsində 1993-cü ildə müstəqil dövlət yarandı və həmin kadrların xidməti ilə inkişaf etdi. Lidersizlik dövlətləri acınacaqlı vəziyyətə salır. Çünki yaxşı lider öz gücü hesabına dövləti çətinlikdən çıxara bilər. Məhz Ulu Öndər öz gücü hesabına ölkəsini inkişaf etdirən böyük lider idi”.