Bu rayonun İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi

Ziyəddin İsmayıl oğlu Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, Z.Əliyev 2017-ci ilin dekabrından Qubanın icra başçısı vəzifəsində çalışırdı.